Press "Enter" to skip to content

Azərbaycan müdafiə naziri Vyetnamda rəsmi səfərdədir

Azərbaycan müdafiə naziri Vyetnamda rəsmi səfərdədir

BAYRAQDAR MEDİA – Müdafiə naziri general-polkovnik Zakir Həsənov Vyetnamda rəsmi səfərdədir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “sentyabrın 2-də Z.Həsənov Avqust İnqilabının 80-ci ildönümü və Vyetnamın Milli Günü münasibəti ilə keçirilən təntənəli mərasimdə iştirak edib. Dövlət rəsmiləri, xarici qonaqlar və xeyli sayda vətəndaşın iştirakı ilə Hanoy şəhərində yerləşən “Ba Dinh” Meydanında keçirilən tədbirdə Vyetnamın azadlıq uğrunda tarixi mübarizəsi xatırlanıb, xalqın milli birliyi və sosialist inkişaf yolunda əldə etdiyi nailiyyətlər vurğulanıb”.

Sonra xəbərdə, “mərasim çərçivəsində rəsmi çıxışlar, ədəbi-bədii kompozisiyalar, hərbi orkestrin ifası və müxtəlif mədəniyyət proqramları təqdim olunub, əlamətdar günə həsr edilmiş hərbi parad keçirilib. Səfər çərçivəsində müdafiə nazirinin Vyetnamın dövlət başçısı və hərbi rəhbərliyi ilə görüşləri planlaşdırılır” deyə qeyd edilir.

Mission News Theme by Compete Themes.