Press "Enter" to skip to content

QHT Ağdamda görüşlər keçirib

Görüşlər zamanı

BAYRAQDAR MEDİA – Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi nin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycan Respublikası ərazisində kasetli sursatlar probleminin tədqiqi” layihəsi üzrə fəaliyyəti davam etdirir.

Bu barədə İctimai Birlikdən məlumat verilib.

Bildirilib ki, “layihədə qarşıya qoyulmuş məqsədə nail olmaq üçün növbəti fəaliyyət Ağdam rayonunun ərazisində kasetli silahlarla çirklənmiş ərazilərində olmuş, problemin miqyası, kasetli sursatların növləri, bu sursatların infrastruktur layihələrinin həyata keçirilməsinə təsiri, bu silahdan zərərçəkənlərin müəyyən edilməsi olmuşdur. Bunun üçün Ağdam rayon İcra Hakimiyyətində, mina təmizləməyə cəlb olunmuş qurumlarda, keçmiş hərbçilərlə, QHT-lərlə çirklənmənin səviyyəsi və kasetli sursatlardan qurban olmuş şəxslərin müəyyən edilməsi üçün çox saylı görüşlər keçirmiş, məlumatlar toplanmış, kasetli silahların və minaların olduğu ərazilərə baxış keçirilmişdir”.

Qeyd edilib ki, QHT kasetli sursatlarla və minalarla çirklənmiş ərazilər, bu sursatların növləri, zərərçəkmiş şəxslər barədə ətraflı məlumatlar verib. Həmçinin Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (Mine Action Agency of the Republic of Azerbaijan – ANAMA) Ağdam mobil bazasının rəhbərliyinə və əməliyyat rəhbərlərinə, o cümlədən digər qurumlara öz təşəkkürünü bildirir.

Mission News Theme by Compete Themes.