Press "Enter" to skip to content

TAM Parti gəlir

BAYRAQDAR MEDİA – KKTC-də Toplumsal Ədalət və Mübarizə Partiyası (TAM Parti) quruluşu münasibətilə sentyabırn 3-də Aslanköydə keçiriləcək mətbuat konfransında vətəndaşlarla görüşəcək.

Partiyadan verilən açıqlamaya görə, TAM Partinin qurucu sədri Serdar Denktaş yaydığı video müraciəti ilə bütün xalqı quruluş münasibətilə keçiriləcək mətbuat konfransına dəvət edib. Partiyanın manifestosunun təqdim olunacağı toplantıda qurucu üzvlər də iştirak edəcək.
S.Denktaş videomüraciətində belə deyib:

“Bu yol, əzbərləri pozan, ‘olmaz’ deyilənləri gerçəkləşdirən, gələcəyi, vətəni və övladları üçün böyük məsuliyyət almağa hazır olanların yoludur. Kuzey Kıbrıs Türk Cümhuriyyəti üçün qayğı çəkən, dərdlənən, amma yalnız şikayət etməyən, əksinə daşın altına əlini qoyan dostlarımızla birlikdə toplumsal ədalət və mübarizə üçün addım atdıq.”

Mission News Theme by Compete Themes.