BAYRAQDAR MEDİA – Kuzey Kıbrısın Yenidən Doğuş Partiyasının (YDP) sədri Erhan Arıklı 12 sentyabr axşamı Girnədə partiyasının seçki kampaniyasına rəsmi olaraq başlanacağını bildirib.
Bu barədə məlumata əsasən o, sosial media üzərindən etdiyi paylaşımda qeyd edib.
Partiya sədri “Söz mövzusu vətəndirsə, üstəlik Ana vətəndirsə, gerisi təfərrüatdır” ifadəsini işlədərək kampaniyanın uğurlu olmasını arzulayıb.
Partiya rəsmilərinin bildirdiyinə görə, tədbirdə E.Arıklı xalqa müraciət edərək seçki vizyonunu açıqlayacaq və YDP-nin gələcək hədəflərini paylaşacaq.





