Press "Enter" to skip to content

ANAMA yanında İctimai Şuraya yeni üzvlər seçiləcək

Bununla bağlı sənədlərin qəbulu elan olunub

BAYRAQDAR MEDİA – ANAMA yanında İctimai Şuraya yeni üzvlər seçiləcək. Bu barədə qurumdan məlumat verilib.

Məlumata görə, artıq seçkilərlə bağlı sənədlərin qəbulu elan olunub.

Belə ki, ANAMA yanında İctimai Şuraya üzvlərin seçilməsi üçün keçiriləcək səs vermədə iştirak etmək istəyən vətəndaş cəmiyyəti qurumları nümayəndələri 06 sentyabr 2025-ci il saat 18:00-dək aşağıda qeyd olunmuş sənədləri novbetchi@anama.gov.az e-mail ünvanına təqdim edə bilərlər:

– Şəxsiyyət vəsiqəsinin surəti;

– İşçi vəsiqəsinin surəti;

– Dövlət qeydiyyatı ilə bağlı sənədin surəti.

ANAMA yanında İctimai şuraya seçkinin 16 sentyabr 2025-ci il tarixdə Agentliyin Aparatında (Ünvan: İbrahimpaşa Dadaşov küç. 260 AZ1108, Bakı, Azərbaycan)  keçirilməsi nəzərdə tutulub.

Mission News Theme by Compete Themes.