Press "Enter" to skip to content

Ersin Tatar: Çözümsüzlüyün namizədi Tufan Erhürmandır

Ersin Tatar və Tufan Erhürman

BAYRAQDAR MEDİA – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cumhurbaşqanı Ersin Tatar, CTP başqanı və prezidentliyə namizəd Tufan Erhürmanı tənqid edib. O, T.Erhurmanın hər şeyi federasiya əsaslı saxta “həll”ə bağlayan yanaşmasının, əslində, Kıbrıs türklərinin əsas insan haqlarına mane olan yunan düşüncəsinə nə qədər yaxın olduğunu göstərdiyini bildirərək, “Çözümsüzlüyün namizədi Tufan Erhürmandır” deyib.

Bu barədə kibrispostasi.com saytı məlumat yayıb.

Məlumata görə, E.Tatar yazılı açıqlamasında Kıbrıs məsələsinin 62 ildir BMT Təhlükəsizlik Şurasının gündəmində olduğunu xatırladaraq bunları qeyd edibi:“Adada 62 ildir iki ayrı quruluş mövcuddur. 51 ildir iki ayrı dövlət, iki ayrı xalq, iki ayrı demokratiya mövcuddur. Köhnəlmiş, içi boş və yalnız rum tərəfinə xidmət etmiş federasiya çözümsüzlüyünə ümid bağlayaraq qarşı tərəfin mövqeyini dəyişəcəyini düşünmək sadəlövhlükdür.”

O, əlavə edib ki, “Rum rəhbərliyi saxta “Kıbrıs Respublikası” adı altında, bütün adanı təmsil etdiyini iddia edir və həm də AB üzvlüyünün verdiyi rahatlıq içində yaşayır. Kıbrıs türkləri isə təcrid və embarqolar altında hər cür çətinliklə üz-üzə qalarkən, Rumlar KKTC-nin zəifləyəcəyi anı gözləyirlər.”

E.Tatarın sözlərinə görə, mövcud status-kvo yalnız Rum tərəfinə sərf edir: “Onlar zamana oynayaraq Kıbrıs türkləri arasında parçalanma ola bilərmi deyə gözləyirlər. Nə yazıq ki, prezident seçkilərində xalqımıza yalan söyləməyi vərdiş halına gətirmiş bir namizəd, köhnəlmiş federasiya çözümsüzlüyünü sanki yeni imiş kimi təqdim edir. Halbuki federasiya seçimi artıq qapanmışdır və geri dönüş yoxdur.”

Mission News Theme by Compete Themes.