BAYRAQDAR MEDİA – Cari ilin avqust ayında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən beynəlxalq tələblər nəzərə alınmaqla, bir sıra heyvan mənşəli qida məhsulları və ərzaqlıq yumurta məhsulunun baytarlıq sertifikatı ilə təmin edilərək xarici ölkələrə ixracı həyata keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AQTA-nın mətbuat xidmətindəm daxil olub.
Xəbərdə bildirilir ki, “Amerika Birləşmiş Ştatlarına 4 milyon 320 min ədəd və Birləşmiş Ərəb Əmirliklərinə 1 milyon 158 min 460 ədəd ərzaqlıq yumurta məhsulu, İtaliya və Fransa respublikalarına 3.6 ton qurbağa ayağı məhsulu, Avstraliya, Albaniya və Kanadaya 42 kq balıq kürüsü, İsrailə isə 18 ton dondurma məhsulu ixrac olunub”.





