Press "Enter" to skip to content

Müdafiə naziri Vyetnam HDQ Komandanlığında

Müdafiə naziri Vyetnam HDQ Komandanlığında

BAYRAQDAR MEDİA – Sentyabrın 3-də müdafiə naziri general-polkovnik Zakir Həsənov Vyetnamın Hərbi Dəniz Qüvvələri Komandanlığının (HDQ) qərargahında olub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “əvvəlcə Hanoy şəhərində yerləşən “Qəhrəmanlar və Şəhidlər abidəsi” və Prezident “Ho Chi Minh” mavzoleyi ziyarət edilib, əklillər qoyulub. Daha sonra müdafiə naziri Vyetnam HDQ komandanı vitse-admiral Tran Thanh Nghiem ilə görüşüb. Görüş zamanı hər iki ölkənin HDQ-ləri arasında əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb”.

Sonda Z.Həsənov HDQ briqadasını və “Ha Long” buxtasını ziyarət edib, burada yaradılan şəraitlə tanış olub.

Mission News Theme by Compete Themes.