Prezident Administrasiyasının nümayəndələri AMQF İdarə Heyəti ilə görüşüb
BAYRAQDAR MEDİA – Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev Azərbaycan Milli QHT Forumunun (AMQF) İdarə Heyətinin üzvləri ilə görüşüb.
Bu barədə AMQF-dən məlumat verilib.
Bildirilib ki, AMQF İdarə Heyətinin sədri Ramil İskəndərli Forumun fəaliyyəti barədə məlumat verib: “O, bildirib ki, 2026-cı ilin mayında Bakıda Qlobal Cənub QHT Platformasının Baş Assambleyasının keçirilməsi planlaşdırılır”.
Məlumata əsasən, AMQF İdarə Heyətinin üzvləri – Zaur İbrahimli, Pərvanə Vəliyeva, Azər Allahverənov, Xatirə Vəliyeva QHT-lərin onlarla görüşlərdə qaldırdığı məsələlər barədə danışıb, təkliflərlə çıxış ediblər.
Görüşdə müvafiq qeydlər götürülüb, suallar cavablandırılıb.





