Press "Enter" to skip to content

TÜİB görüşləri davam etdirir

Görüş zamanı

Növbəti görüş Dövlət Gömrük Komitəsinin sədri ilə olub

BAYRAQDAR MEDİA– Sentyabrın 2-də Türkiyə–Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) İdarə Heyətinin sədri və üzvləri Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov tərəfindən qəbul edilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya TÜİB-dən məlumat verilib.

Məlumata görə, qonaqları salamlayan Komitə sədri yeni inzibati binada TÜİB nümayəndələrini qəbul etməkdən məmnunluq duyduğunu bildirib: “O, biznes nümayəndələri ilə Gömrük Komitəsi arasında sıx əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, TÜİB üzvləri ilə görüşlərin təşkili, mövcud problemlərin müzakirəsi və onların həlli üçün təkliflərin dinlənilməsinə hər zaman açıq olduqlarını qeyd edib”.

Məlumata əsasən, görüş zamanı, gömrük–biznes əməkdaşlığının inkişafı baxımından bu kimi tədbirlərin vacibliyi xüsusi vurğulanıb: “Eyni zamanda, gömrük sistemində biznesyönümlü layihələrin rəqəmsallaşdırılması, gömrük prosedurlarının sadələşdirilməsi, ticarət proseslərinin səmərəliliyinin artırılması istiqamətində görülən işlərdən söz açılıb. İştirakçılar xarici ticarət əməliyyatları zamanı sahibkarların üzləşdiyi məsələləri diqqətə çatdırıb, onların təklif və rəyləri dinlənilib, səsləndirilən suallar isə ətraflı şəkildə cavablandırılıb”.

Xəbərdə o da vurğulanıb ki, TÜİB İdarə Heyətinin sədri Hüseyin Büyükfırat göstərilən diqqət və qəbula görə təşəkkürünü ifadə edərək, Birliyin 6-cı dönəm üzrə seçilmiş yeni İdarə Heyəti haqqında məlumat verib: “O, TÜİB-in dövlət–biznes dialoqunda daha fəal rol oynamasını əsas hədəf kimi müəyyən etdiyini vurğulayıb. İdarə Heyətinin sədr müavini Savaş Uzan Gömrük Komitəsinin yeni inzibati binaya köçməsi münasibət ilə təbriklərini çatdırıb, uğurlar arzulayıb. O, TÜİB-in dövlət qurumları ilə əməkdaşlıqlarını genişləndirmək və B2G formatlı görüşlərin keçirilməsini planlaşdırdıqlarını qeyd edib”.

Xəbərdə daha sonra deyilir: “Görüşdə TÜİB-in Logistika və Gömrük Komissiyasının sədri Vüsal əlilov və İdarə Heyətinin sədr müavini Günay Ağayeva komissiyanın fəaliyyət istiqamətləri barədə ətraflı məluma tveriblər. HəmçininOrtaDəhliz, Zəngəzur Dəhlizi və Naxçıvan Azad İqtisadi Zonası ilə bağlı müzakirələr aparılıb, gələcək planlar barədə fikir mübadiləsi edilib. İkra Logistika şirkətinin İdarə Heyətinin sədriAkın Konyar isə logistika dəhlizlərinin daha effektiv fəaliyyət göstərə bilməsi üçün öz təkliflərini irəli sürüb.Sonda Şahin Bağırov biznes–gömrükəməkdaşlığının prioritet olduğunu vurğulayaraq, özəl şirkətlərlə sıx əməkdaşlığa hər zaman hazır olduqlarını bildirib”.

Görüş çərçivəsində TÜİB nümayəndələri yeni inzibati binada yerləşən Gömrük Tarixi Muzeyi ilə də tanış olublar və onlaramuzeydəkieksponatlarhaqqında ətraflı məlumat verilib.

Mission News Theme by Compete Themes.