BAYRAQDAR MEDİA – Erciyes Universitetindən professor Ali Ünlükaranın rəhbərliyi ilə hazırlanmış geniş araşdırmada Türkiyənin son 40 illik quraqlıq göstəriciləri təhlil edilib. Araşdırma nəticəsində xüsusilə İç Anadolu, Doğu Anadolu və Güney-Doğu Anadoluda quraqlığa doğru təhlükəli meyl müşahidə olunub. Eskişehir də quraqlıq təhlükəsi olan bölgələr sırasında göstərilib.
Bu barədə anadolugazetesi.com saytı məluamt yayıb.
Məlumata görə, A.Ünlükara bildirib ki, 1980–2019-cu illəri əhatə edən araşdırmada bir çox şəhərlərdə quraqlığa doğru gedişat aşkar olunub. O, qlobal istiləşmənin təsiri ilə temperatur və buxarlanmanın artdığını qeyd edərək, yağış və buxarlanmanı birlikdə nəzərə alan yeni indekslərin 2010-cu illərdə inkişaf etdirildiyini bildirib.





