Press "Enter" to skip to content

Ağdam Sosial Xidmət Mərkəzində benefisiarların valideynləri üçün təlim

Ağdam Sosial Xidmət Mərkəzində benefisiarların valideynləri üçün təlim

Son yeniləmə: 3 Sentyabr 2025

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) Ağdam Sosial Xidmət Mərkəzində sosial reabilitasiya xidmətlərinə cəlb olunan əlilliyi olan uşaqların valideynləri üçün təlim keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “valideynlərə uşaqlarının davranışlarını düzgün müşahidə etmək, qiymətləndirmək və effektiv müdaxilə planları hazırlamaq istiqamətində praktiki məlumatlar verilib. Sonra mövzu ətrafında geniş müzakirələr aparılıb və valideynlərin sualları cavablandırılıb”.

Daha sonra xəbərdə, “tədbirin məqsədi uşaqlara göstərilən diqqət və qayğının gücləndirilməsi, erkən müdaxilə vasitəsilə sosial-psixoloji xidmətlərə ehtiyacı olan uşaqların reabilitasiyasına dəstək verilməsi, həmçinin onların sosial inklüziyasına dair valideynlərin məlumatlılığının artırılması olub” deyə bildirilir.

Qeyd edək ki, bu kimi maarifləndirici tədbirlər valideynlərin bilik və bacarıqlarının artırılması ilə yanaşı, onların sosial rifahına və psixoloji dayanıqlığına da müsbət təsir göstərir.

Mission News Theme by Compete Themes.