Azərbaycanlı alim, CASCFEN sədrinin Türkiyə ilə əlaqlər üzrə müşaviri Dos. Dr. Ruhəngiz Əliyeva da Konqresdə çıxış edib
BAYRAQDAR MEDİA – “Özbəkistanın Daşkənd şəhərində həm onlayn, həm də əyani formatda Beynəlxalq Güney Qafqaz Konqresi keçirildi. Konqres elmi və mədəni baxımdan beynəlxalq qarşılıqlı əlaqənin ən parlaq nümunələrindən biri oldu”.
Bunu BAYRAQDAR MEDİA-ya Naxçıvan Müəllimlər İnstitutunun Pedaqogika və psixologiya kafedrasının dosenti, CASCFEN sədrinin Türkiyə ilə əlaqlər üzrə müşaviri Ruhəngiz Əliyeva deyib,

O, qeyd edib ki, tədbirdə 15 ölkədən alim və mütəxəssis iştirak edib: “Təqdim olunan məruzələr Güney Qafqazın sosial-siyasi, mədəni və iqtisadi tərəflərini müxtəlif aspektlərdən təhlil edərək beynəlxalq səviyyədə əhəmiyyətli elmi mübadilə platforması yaratdı. Konqres BZT Turan Akademiyası, Prof. Dr. Farahilə Babayeva-Şükürova (Konqresin rəhbəri) və Baha Əhməd Yılmazın rəhbərliyi ilə təşkil olunmuşdur”.
Məlumat üçün bildirək ki, Azərbaycanı Konqresdə Dos. Dr. Ruhəngiz Əliyeva təmsil edib. O, “Türk Dövlətləri Təşkilatından Türk Dövlətləri Birliyi idealına doğru: Türkiyə–Azərbaycan münasibətlərinin strateji trayektoriyası” adlı elmi məqaləsi ilə çıxış edərək, Türkiyə–Azərbaycan münasibətlərinin strateji inkişaf perspektivlərindən bəhs edib.
“Əminəm ki, bu nüfuzlu elmi platforma yeni akademik əməkdaşlıqların qurulmasına və gələcək elmi tədqiqatların inkişafına təkan verəcəkdir” deyə R.Əliyeva əlavə edib.





