Press "Enter" to skip to content

İqtisadi əməkdaşlığın möhkəmləndirilməsi müzakirə olunub

Son yeniləmə: 5 Sentyabr 2025

BAYRAQDAR MEDİA – İqtisadiyyat naziri Mikayıl Cabbarov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabirlə onlayn formatda görüşüb.

Bu barədə BAYRAQDAR MEDİA-ya İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Məlumata görə, görüşdə vurğulanıb ki, ölkələrimiz arasında uğurlu tərəfdaşlıq münasibətləri yüksələn xətt üzrə inkişaf edir: “Qeyd olunub ki, bu ilin iyulunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin BƏƏ-yə işgüzar səfəri çərçivəsində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi” ticarətin asanlaşdırılmasında, iqtisadi əməkdaşlığın gücləndirilməsində mühüm rol oynayacaq. Tərəflər həyata keçirilən birgə layihələr, energetika üzrə tərəfdaşlıq, qarşılıqlı sərmayə qoyuluşu və əməkdaşlığın inkişaf perspektivləri haqqında müzakirələr aparıblar”.

Mission News Theme by Compete Themes.