BAYRAQDAR MEDİA – Iğdır Dr. Nevruz Erez Dövlət Xəstəxanasının Təcili Yardım şöbəsində şəhərdə təsirli olan ishal epidemiyası səbəbindən böyük sıxlıq yaşanır.
Son günlər xüsusilə uşaqlar və yaşlılarda müşahidə edilən hallara görə xəstəxanaya müraciətlər kəskin artıb.
Bu barədə igdirhaber.net saytı məlumat yayıb.
Məlumata görə, rəsmi şəxslər vətəndaşlara gigiyena qaydalarına ciddi riayət etməyi, içməli suyu qaynatmadan istifadə etməməyi tövsiyə ediblər: “Səhiyyə qrupları xəstələrə müdaxilə edərkən, İl Səhiyyə Müdirliyi də epidemiyanın yayılmasının qarşısını almaq üçün zəruri tədbirlərə başlayıb. Salgının mənbəyinin müəyyən olunması istiqamətində araşdırmalar davam edir”





