Press "Enter" to skip to content

Müəllimlərin peşəkarlığının artırılması diqqət mərkəzindədir

Naxçıvan

BAYRAQDAR MEDİA – Naxçıvan Muxtar Respublikasında nüəllimlərin peşəkarlığının artırılması istiqamətində davamlı addımlar atılır.

Bu barədə BAYRAQDAR MEDİA-ya Naxçıvan MR Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, 2024-cü ildə ilk dəfə olaraq muxtar respublikada təhsilverənlərin sertifikatlaşdırılması prosesi keçirilib, 366 müəllimdən 153-ü 51 və daha yüksək, 2 müəllim isə maksimum nəticə – 60 bal toplamaqla yüksək nəticə göstərib.

Məlumatda deyilir ki, müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada aparılaraq 174 namizəd məktəblərə və peşə təhsil müəssisələrinə təyin olunub: “Nəticədə 123 namizəd ümumtəhsil məktəblərinə, 10 nəfər isə peşə təhsili müəssisələrinə, həmçinin 41-i müddətli müqavilə əsasında ümumtəhsil və peşə təhsil müəssisələrinə qəbul olunaraq ixtisasları üzrə təyinat alıblar. Naxçıvanda ilk dəfə İbtidai sinif müəllimlərinin və Riyaziyyat müəllimlərinin forumları təşkil olunub, tədbirlərdə ölkənin müxtəlif bölgələrindən 2500-ə yaxın pedaqoq iştirak edib”.

O da qeyd edilib ki, Naxçıvanda ilk dəfə Azərbaycan Respublikasının Təhsil İnstitutu ilə əməkdaşlıq çərçivəsində məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllim və metodistlərin peşəkarlığının yoxlanılması üçün diaqnostik qiymətləndirmə aparılıb: “Tədris yardımçı heyətin işə qəbul prosesi mərkəzləşmiş müsabiqə yolu ilə uğurla icra olunmuşdur. Cari tədris ilində müəllimlərin bilik və bacarıqlarının artırılması üçün Azərbaycan Gənc Müəllimlər Assosiasiyası və AzEdu Təhsil Portalı ilə birgə “Pedaqoji Həmrəylik: Təcrübədən Gələcəyə” adlı konfrans keçirilib. Naxçıvanda ilk dəfə olaraq İbtidai Sinif Müəllimlərinin Naxçıvan Forumu və Naxçıvan Riyaziyyat Müəllimlərinin l Təhsil Forumu keçirilib. Forumlarda Naxçıvan Muxtar Respublikasından və ölkəmizin müxtəlif bölgələrini təmsil edən 2500-ə yaxın müəllim iştirak edib.Həmçinin məktəb psixoloqları üçün “Psixoloqların peşəkar bacarıqlarının inkişafı” və “Məktəb psixoloqunun fəaliyyətində süni intellektdən istifadə” mövzusunda təlimlər təşkil edilmişdir”.

Bundan başqa, Naxçıvanda ilk dəfə olaraq “Maarifçi” tələbə-məzun təcrübə proqramının və “Müasir metodist” layihəsinin icrasına başlanılıb.

Naxçıvan Muxtar Respublikasında təhsil müəssisələrinin və təhsilin idarəetmə orqanlarının Elm və Təhsil Nazirliyinin mövcud məlumat bazalarına və elektron xidmətlərinə inteqrasiyanın təmin edilməsi 2024-2025-ci tədris ilində də davam etdirilib. İnteqrasiya çərçivəsində Elm və Təhsil Nazirliyinin 37 adda elektron məlumat bazasından 30-na qoşulma prosesi tamamlanıb, növbəti tədris ilindən digər elektron məlumat bazalarına qoşulma prosesinin də yekunlaşdırılması nəzərdə tutulub.

Mission News Theme by Compete Themes.