BAYRAQDAR MEDİA – “Ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul olan abituriyentlər (subbakalavrlar) sentyabrın 9-dan 15-dək (saat 18:00-dək), orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlər isə sentyabrın 9-dan 17-dək (saat 18:00-dək) “portal.edu.az” platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalanın qeydiyyatı” xidmətini seçməlidirlər”.
Bu barədə Dövlət İmtahan Mərkəzinin məlumatında qeyd edilib.
Məlumata görə, müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcək.





