Press "Enter" to skip to content

SXA-da İsrail Səfirliyinin nümayəndələri ilə görüş

SXA-da İsrail Səfirliyinin nümayəndələri ilə görüş

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyində (SXA) İsrailin Azərbaycandakı Səfirliyinin nümayəndələri ilə görüş keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “görüşdə Agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov, Səfirliyin missiya rəhbərinin müavini Aviv Zell və digər nümayəndələr iştirak ediblər. Tərəflər sosial xidmət sahəsində əməkdaşlıq imkanları, xüsusilə uşaqlar üçün reabilitasiya xidmətlərinin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar. V.Behbudov qonaqlara Agentliyin fəaliyyəti, həssas əhali qruplarından olan şəxslərə göstərilən sosial xidmətlər barədə ətraflı məlumat verib. Agentliyin sosial xidmət müəssisələrinin fəaliyyət istiqamətləri və gələcəkdə birgə layihələrin icrası məsələlərindən danışılıb”.

Daha sonra xəbərdə, “bildirilib ki, Agentlik uşaqlar və həssas qruplar üçün sosial xidmətlərin keyfiyyətinin artırılması istiqamətində beynəlxalq əməkdaşlığa böyük əhəmiyyət verir. İsrail tərəfi də bu sahədə təcrübə mübadiləsinə və birgə təşəbbüslərə dəstək göstərməyə hazır olduğunu vurğulayıb. Müzakirələr zamanı İsrail dövlətinin dəstəyi ilə yaradılan “Dostluq otağı” layihəsinin əhəmiyyətindən danışılıb” deyə qeyd olunur.

Görüşün sonunda gələcək əməkdaşlığın inkişafı üçün qarşılıqlı razılaşma əldə olunub.

Mission News Theme by Compete Themes.