Press "Enter" to skip to content

Zakir Həsənovun Vyetnamın baş naziri və hərbi rəhbərliyi ilə görüşü

Zakir Həsənovun Vyetnamın baş naziri və hərbi rəhbərliyi ilə görüşü

BAYRAQDAR MEDİA – Vyetnamda rəsmi səfərdə olan müdafiə naziri general-polkovnik Zakir Həsənov həmin ölkənin baş naziri Pham Minh Chinh ilə görüşüb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “görüşdə Azərbaycan ilə Vyetnam arasında müdafiə sahəsində əməkdaşlığa dair müzakirələr aparılıb. Səfər çərçivəsində Z.Həsənov, həmçinin vyetnamlı həmkarı general Phan Van Giang ilə görüşüb. Görüşdən əvvəl təşkil edilən rəsmi qarşılanma mərasimində müdafiə nazirləri fəxri qarovulun önündən keçiblər. Hərbi orkestrin müşayiəti ilə hər iki ölkənin Dövlət himnləri səsləndirilib. Z.Həsənov “Xatirə dəftəri”nə ürək sözlərini yazıb”.

Görüşdə Azərbaycan ilə Vyetnam arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, həmçinin qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanaraq bir sıra məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.

Sonda hər iki ölkənin müdafiə nazirləri tərəfindən hərbi təlim sahəsində əməkdaşlıq üzrə “Niyyət məktubu” imzalanıb.

Mission News Theme by Compete Themes.