BAYRAQDAR MEDİA – Karsda fəaliyyət göstərən Kafqas Universitetinin Aktyorluq ixtisası üzrə əlavə onlayn imtahan müraciətləri 3–8 sentyabr tarixləri arasında qəbul ediləcək.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Məlumata görə, Kafkaz Universiteti İncəsənət Fakültəsinin Səhnə Sənətləri Bölümü Aktyorluq ixtisası üzrə əlavə onlayn imtahan müraciətləri 3 sentyabr 2025-ci il saat 09:00-dan 8 sentyabr 2025-ci il saat 17:00-dək onlayn şəkildə həyata keçiriləcək.





