Press "Enter" to skip to content

Ali Rıza Güney Mosulda

Görüş zamanı

BAYRAQDAR MEDİA – Türkiyə Xarici İşlər Nazirliyinin İran və İraq İdarəsinin baş direktoru Ali Rıza Güney Mosuldakı səfəri çərçivəsində Türkiyənin Mosul Baş Konsulluğunu ziyarət edib.

Bu barədə Türkmeneli TV məlumat yayıb.

Məlumata görə, ziyarətdən sonra A.R.Güney, İraq Türkmən Cəbhəsinin Mosul millət vəkili Loqman Reşidiyəli ilə görüşüb: “Görüşdə tərəflər Mosul ilə Türkiyə arasındakı tarixi və mədəni əlaqələri müzakirə ediblər. Türkiyənin Mosul Baş Konsulu Serhat Varlı da heyətə müşayiət edib”.

Məlumatda deyilir ki, Türkiyə nümayəndə heyəti Mosulun Nəbi Cürcis bölgəsində yerləşən “Beyt Ahlina” Mədəni İrs Mərkəzini də ziyarət edib: “Heyəti mərkəzin məsulu mühəndis Seynan Nəcəfi qarşılayıb. Nümayəndə heyəti burada Mosulun mədəni dəyərlərini əks etdirən işlərlə tanış olub. Səfərin sonunda Ali Rıza Güney xatirə kitabını imzalayıb”.

Mission News Theme by Compete Themes.