BAYRAQDAR MEDİA – Astara rayonunun Ojakəran kəndində ağacların kəsilərək meşə təsərrüfatına ziyan vurulması faktı ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin regional qrupundan daxil olub.
Xəbərdə qeyd edilir ki, “faktla bağlı rayon polis şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanılıb, əməli törədən şəxsin, yaxud şəxslərin müəyyən olunması üçün tədbirlər görülür. Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir”.





