Press "Enter" to skip to content

Azərbaycan-Özbəkistan hərbi əməkdaşlıq planı müzakirə edilib

Azərbaycan-Özbəkistan hərbi əməkdaşlıq planı müzakirə edilib

BAYRAQDAR MEDİA – Müdafiə Nazirliyinin (MN) Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi və rəhbərlik etdiyi nümayəndə heyəti “Hərbi sahədə əməkdaşlığın inkişaf perspektivlərinin müzakirə edilməsi üzrə qərargah danışıqları”nda iştirak etmək məqsədilə Özbəkistanda səfərdə olub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “Daşkənd şəhərində hər iki ölkənin müvafiq idarələrinin geniştərkibli heyətinin iştirakı ilə keçirilən görüşdə hərbi, hərbi-texniki əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də 2026-cı il üçün ikitərəfli hərbi əməkdaşlıq planının layihəsi müzakirə edilib. Səfər çərçivəsində, həmçinin Çimqan Dağçılıq Təlim Mərkəzi ziyarət olunub”.

Mərkəzlə tanışlıqdan sonra Azərbaycan nümayəndə heyəti Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusunun da cəlb olunduğu “Dağ döyüşçüsü kursu”nun buraxılış mərasimində iştirak edib.

Mission News Theme by Compete Themes.