BAYRAQDAR MEDİA – 2025-ci il sentyabrın 17-18-də Bakı Konqres Mərkəzində QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2026-cı il üzrə qrant müsabiqələrinə dair infosessiya keçiriləcək.
Bu barədə Agentiyin məlumatında qeyd edilib.
Məlumata əsasən, infosessiyada Prezident Administrasiyasının və Agentliyin məsul şəxsləri iştirak edəcək.
İnfosessiyada iştirak etmək, müzakirələrə qatılmaq istəyən QHT nümayəndələrindən sentyabrın 14-dək bu blankı doldurmaqla qeydiyyatdan keçmək xahiş olunur.
14 sentyabr saat 23:59-dan sonra daxil olan müraciətlər nəzərə alınmayacaq.
Agentlik tərəfindən müraciətlər sistemləşdiriləcək və görüş saatları barədə QHT-lərə məlumat veriləcək.





