Press "Enter" to skip to content

Şamaxıda restoranda nöqsanlar aşkarlanıb

Şamaxıda restoranda nöqsanlar aşkarlanıb

BAYRAQDAR MEDİA – Nəzarət tədbirləri çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Şamaxı rayonu, Bakı-Qazax yolunun 144-cü kilometrliyində yerləşən, fiziki şəxs Sabirov Qabil Əlisahab oğluna məxsus “Sərin Meşə” restoranında yoxlama keçirib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AQTA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “baxış zamanı restoranın mətbəx sahəsində sanitar-gigiyenik qaydaların pozulduğu müəyyən edilib. Belə ki, işçi heyətin tibbi müayinədən keçmədiyi, işçi masaların gigiyenik səthlə təmin olunmadığı, döşəmə və divar səthinin asan təmizlənən, dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb”.

Faktla bağlı nöqsanlar aradan qaldırılanadək restoranın fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati tədbir görülüb.

Mission News Theme by Compete Themes.