Press "Enter" to skip to content

Sarıkamışda Qış Turizmi ilə bağlı mühüm toplantı

Toplantıdan sonra xatirə fotosu

BAYRAQDAR MEDİA – Sarıkamış Qış Turizm Mərkəzində bölgənin turizm potensialını artırmaq və davam edən yatırımların vəziyyətini dəyərləndirmək məqsədilə mühüm toplantı keçirilib.

Bu barədə karsmanset.com saytı məlumat yayıb.

Məlumata görə, toplantıda Kars millət vəkili Adem Çalkın, Gənclər və İdman Nazirliyi İnvestisiyalar və İşletmələr Baş direktoru professor Süleyman Şahin, 65-ci hökumətin Nəqliyyat, Dənizçilik və Rabitə naziri Ahmet Arslan, 26 və 27-ci çağırış Kahramanmaraş millət vəkili Celalettin Güvənç, Qars valisi Ziya Polat, AKP Qars vilayət sədri Muammer Sancar, vilayət Gənclər və İdman müdiri, rayon icra hakimləri və sektor nümayəndələri iştirak ediblər.

İştirakçılar “Kristal qarlar diyarı” kimi tanınan Sarıkamışın qış turizmində daha cazibədar hala gətirilməsi üçün görülə biləcək işlər barədə fikir mübadiləsi aparıblar. Xüsusilə inşası davam edən Süni Qar Sisteminin bölgə turizminə verəcəyi töhfələr barədə məlumat verilib. Sistem tamamlandıqdan sonra Sarıkamışın milli və beynəlxalq turizmdə daha güclü mövqeyə sahib olacağı vurğulanıb.

Sarıkamışın gələcəyinə yön verəcək toplantının həm Qars, həm də ölkə turizmi üçün xeyirli nəticələr verəcəyi ümid edilib.

Mission News Theme by Compete Themes.