Press "Enter" to skip to content

Təhsil sahəsində daha bir uğur

Naxçıvan

Naxçıvan məktəbliləri müxtəlif olimpiada və müsabiqələrdə 56 medal əldə ediblər

BAYRAQDAR MEDİA – Naxçıvan məktəbliləri həm ölkə daxilində, həm də beynəlxalq imtahan və müsabiqələrdə də parlaq nəticələr göstəriblər.

Bu barədə BAYRAQDAR MEDİA-ya Naxçıvan MR Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, “ölkə üzrə təşkil olunan Bebras, Cerebry, Bilbacar, Hakaton, Respublika Fənn müsabiqələrində, həmçinin Astronomiya, LütfiZadə, Hippo, Kenquru, Qərbi Azərbaycana Qayıdış, VII İngilis dili və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən Nəsrəddin Tusi adına fizika-riyaziyyat fənləri və Yusif Məmmədəliyev adına kimya və biologiya fənləri üzrə II Kimya-Biologiya Olimpiadaları təşkil olunmuş, ümumilikdə 56 şagird qalib olub”.

Məlumatda vurğulanıb ki, şagird nailiyyətlərinin mərkəzləşmiş qaydada monitorinqinin həyata keçirilməsi üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən yaradılan Monitorinq Mərkəzinin imkanlarından istifadə olunaraq IX-XI siniflər üçün buraxılış və blok imtahanı formatına uyğun 7 monitorinq təşkil olunub, monitorinqlərdə 30 minə yaxın şagird iştirak edib. Monitorinqlər “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq keçirilib.

Xəbərdə qeyd edilib ki, Naxçıvan məktəbliləri ilk dəfə olaraq PISA 2025 – Beynəlxalq Şagird Qiymətləndirilməsi Tədqiqatında iştirak ediblər.

Xəbərdə həmçinin bildirilir: “Naxçıvanda ilk dəfə olaraq Kəngərli rayon Qıvraq Qəsəbə tam orta məktəbinin X sinif şagirdi Oruc Cabbarlı Respublika Fənn Olimpiadasında informatika fənni üzrə qalib olmuş, ümumilikdə isə 3 şagird Respublika Fənn Olimpiadasında medal qazanmışdır. 1 məktəbli isə V Azərbaycan Astronomiya Olimpiadasında qalibi olmuşdur. Bununla yanaşı Naxçıvan məktəbliləri Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalında I yerin qalibi olublar. Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Nərmin Əliyeva SAT (ABŞ və digər xarici universitetlərə qəbul üçün keçirilən beynəlxalq imtahan) imtahanı üzrə 1600 ballıq sistemdən 1580 bal nəticə göstərərək ölkə birinciliyi və dünya üzrə ən yüksək nəticə göstərən 1 faizlik tələbə siyahısına daxil olub. Həmçinin Naxçıvan Qızlar Liseyinin XI sinif şagirdi Nuray Cabbarlı 22 ölkədən müraciət edən 35.000 namizəd arasından seçilərək, beynəlxalq FLEX proqramına qəbul edilərək ABŞ-də təhsil almaq imkanı qazanıb.Şərur şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin şagirdi Elgün Şükürov TECNEST təqaüdünə və CİSCO beynəlxalq təqaüd və sertifikatların layiq görülüb. Ümumilikdə, Naxçıvan məktəbliləri müxtəlif olimpiada və müsabiqələrdə 56 medal əldə ediblər”.

Mission News Theme by Compete Themes.