Press "Enter" to skip to content

Yataqxana qiymətlərində böyük artım

KYK yurdu

BAYRAQDAR MEDİA – 2025–2026-cı tədris ili üçün Eskişehirdə KYK yataqxana qiymətlərində ciddi artım baş verib. Gənclər və İdman Nazirliyi tərəfindən açıqlanan yeni tarifə görə, ötən illə müqayisədə qiymətlər orta hesabla 40 faiz bahalaşıb.

Bu barədə anadolugazetesi.com saytı məlumat yayıb.

Məlumatda deyilir ki, universitet tələbələri 6 sentyabra qədər KYK yataqxana müraciətlərini e-Dövlət üzərindən edə biləcəklər: “Nazir Osman Aşkın Bak, tələbələrin universitetlərinə ən yaxın yataqxanalarda yerləşdirilməsini təmin etmək üçün müraciətlərin başladığını açıqlayıb. Türkiyə üzrə təxminən 1 milyon yataq tutumuna malik KYK yataqxanalarına müraciətlər, tələbələrin qalacaq yer probleminin həlli baxımından böyük əhəmiyyət daşıyır”.

O da qeyd edilib ki, yeni tarif belə müəyyənləşdirilib: birinci tip otaq – 750 TL, ikinci və üçüncü tip otaqlar – 850 TL, dördüncü tip otaq – 1.050 TL, beşinci tip otaq -1.150 TL, altıncı tip otaq isə 1.250 TL. 2024-cü ildə isə qiymətlər 517,50 TL ilə 855 TL arasında dəyişirdi.

Mission News Theme by Compete Themes.