BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) 3 saylı Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri üçün yay mövsümünün başa çatması və yeni dərs ilinin başlanması münasibətilə piknik keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “tədbir çərçivəsində uşaqlar üçün animator və klounun iştirakı ilə müxtəlif əyləncəli oyunlar, rəsm üzrə master-klas və alov şousu təşkil olunub. Qeyd edək ki, bu kimi əyləncəli tədbirlər mütəmadi olaraq Agentliyin bütün müəssisələrinin sakinləri üçün keçirilir”.





