Press "Enter" to skip to content

5 universitetə rektor təyinatı

BAYRAQDAR MEDİA – Türkiyə Cumhurbaqanı Recep Tayyip Erdoğan tərəfindən 5 universitetin rektor təyinatları həyata keçirilib.

Bu barədə Türkiyə Cumhurbaşqanlığı İletişim Başqanlığından məlumat verilib.

Məlumata əsasən, Boğaziçi Universitetinə Prof. Dr. Mehmet Naci İnci yenidən təyin olunub. Marmara Universitetində Prof. Dr. Mustafa Kurtun yerinə Prof. Dr. Mehmet Emin Okur rektor vəzifəsinə gətirilib.
Bundan başqa, Afyonkarahisar Sağlamlıq Elmləri Universitetinə Prof. Dr. Kemal Şenocakın yerinə Prof. Dr. Adem Aslan, İzmir Demokrasi Universitetinə Prof. Dr. Bedriye Tunçsiperin yerinə Prof. Dr. Selim Karahasanoğlu təyin edilib.

Demiroğlu Bilim Universitetinin qurucu rektoru Prof. Dr. Çavlan Çiftçi isə yenidən rektor olaraq təyin edilib.

Mission News Theme by Compete Themes.