Press "Enter" to skip to content

8 ayda 36 mindən çox şəxsə əlillik təyin olunub

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2025-ci ilin yanvar-avqust ayları ərzində 36,2 min şəxsə əlillik təyin edilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya nazirlikdən məlumat verilib.

Məlumata görə, onlardan 16,2 min şəxsə ilkin, 20 min şəxsə isə təkrar əlillik təyinatı aparılıb: “Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir. Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir”.

Mission News Theme by Compete Themes.