BAYRAQDAR MEDİA – Antalya Kültür Sanat (AKS) mərkəzində “İstanbulun Rəsmi” adlı xüsusi kolleksiya əsərləri ilə məşhur karikaturist Latif Demirci’nin orijinal çəkimlərindən ibarət “Yazan-Çizen Latif Demirci” retrospektiv karikatura sərgisi açılıb.
Bu barədə gunhaber.com.tr saytı məlumat yayıb.
Məlumata görə, Antalya Ticarət və Sənaye Odasına (ATSO) bağlı AKS-də iki ayrı zalda keçirilən sərgi akademiklər, incəsənət fakültəsi tələbələri, sənətçilər, sənətsevərlər və iş dünyasından şəxslərin böyük marağına səbəb olub: “İş Bankası İncəsənət Əsərləri Kolleksiyasından seçilmiş əsərlər sərgidə yer alıb və ziyarətçilərə keçmiş İstanbulun fərqli guşələrini göstərir.
AKS Layihə Meneceri Aybike Koçak məlumat verdikdən sonra ATSO prezidenti Yusuf Hacısüleyman çıxış edib. O, deyib ki, bu sərgilər həm İstanbulun gözəlliklərini rəssamların gözü ilə yenidən kəşf etməyə imkan verir, həm də Latif Demirci’nin yarım əsrlik çəkim yolunu sənətsevərlərə təqdim edir”.





