Press "Enter" to skip to content

Antalyada 526 min şagird məktəbə başlayır

BAYRAQDAR MEDİA – Antalyada bu gün, sentyabrın 8-də 2025-2026 tədris ili başlayır. İlk dərs zəngi ilə birlikdə şəhər üzrə 526 min 145 şagird və 38 min 50 müəllim dərs ilinə başlayacaq.

Bu barədə Milli Təhsil İdarəsinə istinadən gunhaber.com.tr saytı məlumat yayıb.

Məlumata görə, Antalyada 1296 dövlət və 412 özəl olmaqla ümumilikdə 1708 məktəb fəaliyyət göstərir: “MEB xaricində 441 təhsil müəssisəsi də əlavə olunduqda, şəhər üzrə ümumilikdə 2 min 149 təhsil müəssisəsi fəaliyyət göstərir. Təhsil heyətini təşkil edən 30 min 131-i dövlət, 5 min 810-u özəl və 2 min 109-u MEB xarici müəssisələrdə çalışan olmaqla toplam 38 min 50 müəllim yeni dərs ilində şagirdlərə rəhbərlik edəcək. Şagirdlər isə 17 min 329-u dövlət, 4 min 692-si özəl və 1174-ü MEB xarici müəssisələrdə olmaqla 23 min 195 sinif otağında təhsil alacaq”.

Mission News Theme by Compete Themes.