Press "Enter" to skip to content

FHN-də ötən həftənin xronikası – VİDEO

FHN-də ötən həftənin xronikası

BAYRAQDAR MEDİA – Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya FHN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “FHN-in “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 611 yanğına çıxış, 37 halda köməksiz vəziyyətdə qalma, 10 avtonəqliyyat qəzası və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib”.

Bildirək ki, ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən həftə ərzində 10-u azyaşlı olmaqla 52 nəfər xilas edilib, 3-ü azyaşlı olmaqla 14 nəfər təxliyə olunub, 16 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Mission News Theme by Compete Themes.