BAYRAQDAR MEDİA – Burdurun Ağlasun rayonundakı Sagalassos Antik Şəhərində gecə muzeyçiliyi üçün işlərə başlanılıb. İşlərin tamamlanmasından sonra antik şəhər gələn il gecə saatlarında da ziyarət edilə biləcək.
Bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi məlumat yayıb.
Məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi ilə Sagalassos Antik Şəhərində gecə işıqlandırma sistemi qurulur. Ziyarətçi girişindəki turniketlərdən hamam, yuxarı agora, macellum və balıq bazarı, Antoninlər çeşməsi, yürüş pilləkənləri, traves yollar və insanların toplu gəzə biləcəyi sahələr işıqlandırılacaq.
Bu işlərin sentyabr və ya oktyabr ayında tamamlanması planlaşdırılır. İşıqlandırma sisteminin tamamlanmasından sonra Sagalassos Antik Şəhərinin gələn il gecə ziyarətlərinə açılması gözlənilir.





