Press "Enter" to skip to content

Kreml strateji müttəfiqlik bəyannaməsinə xəyanət etdi 

Əli Orucov

Əli Orucov: Bu xəyanətini və düşmənçiliyin bağışlanması üçün Bakıdan üzürxahlıq etmək, gərəkən addımları atmaq əvəzinə şantaj, hədə və güc dilində danışması məqbul deyil

BAYRAQDAR MEDİA – “Rusiya yenə də hər iki ölkə arasında yaranmış soyuq münasibətlərin səbəblərini və bundan çıxış yollarını təhrif etməkdə, yanlış istiqamətlərə yönəltməkdədir. Moskvanın Azərbaycana qarşı atdığı addımlar, Qrozni istiqamətinə uçan AZAL-a məxsus sərnişin təyyarəsinin Rusiya səmasında bu ölkənin Silahlı Qüvvələri tərəfindən raket sistemləri ilə vurulması və bilərəkdən ölümə göndərməsi düşməçilik idi”.

Bunu Rusiya XİN sözçüsü Mariya Zaxarovanın fikirlərini şərh edən politoloq Əli Orucov deyib.

O, qeyd edib ki, Kreml 2022-ci ildə imzalan Rusiya və Azərbaycan arasında strateji müttəfiqlik bəyannaməsinə xəyanət etdi: “Bu xəyanətini və düşmənçiliyin bağışlanması üçün Bakıdan üzürxahlıq etmək, gərəkən addımları atmaq əvəzinə şantaj, hədə və güc dilində danışması məqbul deyil. Bu gün də Azərbaycana qarşı Rusiya mediası təbliğay və informasiya müharibəsi aparmaqdadır. Belə atmosferdə isə Rusiya və Azərbaycan arasında münasibətlərdə vəziyyətin normallaşması mümkün deyil. Moskva mənasız iddiasını və ambisiyasını yerə qoyub Azərbaycanın haqlı tələblərini yerinə yetirməlidir”.

Onun sözlərinə görə, ola bilsin Rusiyada istənilən şəxsi həbs edib, istənilən vaxtı da həbsdən azad edirlər: “Ancaq Azərbaycanda kimliyindən asılı olmayaraq hər kəsin hüquqları qorunur və Rusya vətəndaşları da ciddi hüquqpozmalara görə həbs olunublar. Onların barəsində ibtidai istintaq və araşdırmalar aparılır və istintaqın, araşdırmaların nəticələrinə uyğun olaraq da barələrində hansısa qərar çıxarılacaq. Rusiya vətəndaşlarının azad edilməsi və yaxud həbsdə qalmalarının iki dövlət arasında münasibətlərin normallaşması istiqamətində heç bir məna və əhəmiyyət daşımır”.

Mission News Theme by Compete Themes.