Press "Enter" to skip to content

“Ümidli valideyn” qrup terapiyaları davam edir

“Ümidli valideyn” qrup terapiyaları davam edir

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) Yasamal Sosial Xidmət Mərkəzində növbəti “Ümidli valideyn” adlı qrup terapiyası keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “tədbirin məqsədi valideynlərin gündəlik həyatında qarşılaşdıqları çətinliklərlə mübarizə aparmaq üçün yeni yanaşmalar qazanmasına, şəxsi təcrübələrini paylaşmasına və bir-birindən öyrənməsinə şərait yaratmaq olub. Terapiya zamanı iştirakçılarda özünüqiymətləndirmə və özgüvən hissinin gücləndirilməsi, mənfi emosiyaların idarə olunması, komplekslərin aradan qaldırılması istiqamətində iş aparılıb”.

Terapiya çərçivəsində müxtəlif psixoloji oyunlar və art terapiya təşkil edilib. Bu yanaşma iştirakçılara həm emosional gərginliklərini azaltmağa, həm də öz daxili potensiallarını kəşf etməyə imkan yaradıb.

Mission News Theme by Compete Themes.