BAYRAQDAR MEDİA – Antalya Muratpaşa Bələdiyyəsinin 5 fərqli qəsəbədəki uşaq bağçalarında oriyentasiya prosesi tamamlanıb və yeni tədris ili başlayıb.
Bu barədə gunhaber.com.tr saytı məlumat yayıb.
Məlumata görə, bağçalarda ilk həftə 3 yaş qrupu üçün oriyentasiya mərhələsi ilə başlayıb, 4-5 yaş qrupu isə təhsillərinə əvvəlki mərhələdən davam edib: “580 şagirdlik bağçalarda uşaqlar günə səhər yeməyi ilə başlayır, oyun, rəsm və müxtəlif fəaliyyətlərlə həm əl bacarıqları, həm də sosial bacarıqları inkişaf etdirilir. Təhsil proqramı milli təhsil proqramına uyğun həyata keçirilir və uşaqlar bağçalarda təbiət ilə birgə vaxt keçirir, bitki əkmə və toplama kimi fəaliyyətlərlə tanış olurlar”.





