Press "Enter" to skip to content

Vergilərlə bağlı xəbər var

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 20 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

BAYRAQDAR MEDİA – Azərbaycan Respublikası ərazisində bina tikintisi ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin fiziki şəxs olan istehlakçılara qaytarılması ilə bağlı layihə uğurla davam etdirilir.

Bu barədə BAYRAQDAR MEDİA-ya Dövlət Vergi Xidmətindən məlumat verilib.

Bildirilib ki, “2025-cü ilin yanvar–avqust aylarında yaşayış və qeyri-yaşayış sahələrinin alışı zamanı ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən qaytarılan həcmi 20 milyon 176,6 min manat təşkil edib”.

Mission News Theme by Compete Themes.