BAYRAQDAR MEDİA – Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, müxtəlif səfərlər və araşdırmalar həyata keçirmək məqsədilə getdiyi Ardahan şəhərində tarixi Ardahan Qalasını ziyarət edərək burada araşdırmalar aparıb.
Bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi məlumat verib.
Məlumata görə, nazir öncə Ardahan Valiliyini ziyarət edib, daha sonra isə qalaya keçərək məsul şəxslərdən bərpa işləri və mövcud vəziyyət barədə ətraflı məlumat alıb.
Araşdırmaların ardından Nazir Ersoy və onu müşayiət edən heyət şəhərdən ayrılıblar.





