BAYRAQDAR MEDİA – Qış idmanları mərkəzi Erzurumun “paytaxt” ünvanları və sərin havası, yay fəslindəki hərəkətliliyi ilə turizmciləri sevindirib.
Bu barədə erzurumajans.com saytı məlumat yayıb.
Məlumata görə, İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) tərəfindən “2025 Turizm paytaxtıi” elan edilmiş və “Avropa qış idmanları paytaxtı” seçilmiş Erzurum, Türkiyənin önəmli qış turizm mərkəzlərindəndir: “2025-ci ildə aldığı “paytaxt” ünvanları sayəsində şəhərdə xüsusilə yay mövsümündə mədəniyyət, incəsənət, qastronomiya və idman sahələrində geniş tədbirlər keçirilib. Sərin havası ilə yay mövsümünü dolu-dolu keçirən və çoxsaylı turistləri qəbul edən şəhərdəki hərəkətlilik turizmciləri sevindirib.
TÜRSAB Quzey-Doğu Anadolu üzrə rəhbəri Nuh Şenol bildirib ki, şəhər turizmində həm qış, həm də yay mövsümündə yaxşı bir dövr keçiriblər. Şenol qeyd edib ki, bir çox tədbirlər şəhərin tanıtımına vacib töhfələr verib: “Xüsusilə xarici ölkələrdən gələn qonaqların sosial mediada etdiyi paylaşımlar böyük fayda verdi. Hazırda yanvar və fevral ayında qış turizmi ilə bağlı otellərlə görüşlər nəticəsində rezervasiyaların başladığını görürük, xüsusilə türk dövlətlərindən sifarişlər almışıq. Erzurum yalnız qış turizmi ilə deyil, yay turizmi ilə də tanınır. Yeni turizm istiqamətləri açılması investorlara da şəhərə gəlmək imkanı verir. Hazırda şəhərdə iki böyük korporativ otelin tikiləcəyini eşidirik. Biz də turizm tərəfdaşı olaraq, illər keçdikcə Erzurumun yay turizmi, mədəniyyət turizmi, təbiət, macəra və qış turizmində böyük inkişaf etdiyini görürük.”
N.Şenol əlavə edib ki, xüsusilə isti yay günlərində insanlar şəhəri seçirlər: “Erzurum, iyun, iyul və avqust aylarında xüsusilə xaricdə yaşayan Erzurumluların üstünlük verdiyi bir yer idi. Amma indi görürük ki, insanlar yayda 40-50 dərəcə isti və sıxıcı havadan qaçmaq üçün şəhərimizi seçirlər. Çünki şəhərimiz həqiqətən yayla havasındadır. Axşamlar sərin olur. İnsanlar da yayda xüsusilə sıxıcı isti günlərdə şəhərimizi üstün tuturlar.”





