Press "Enter" to skip to content

 Ardahan Universitetində kənd təsərrüfatına dəstək

Buğda yığımı

BAYRAQDAR MEDİA – Ardahanda əsrlər boyu əkilən, lakin unudulmaqda olan Kavılca buğdasında biçin mövsümü başlayıb.

Bu barədə Ardahan Universitetinin məluamtında qeyd edilib.

Məlumata görə, universitet kampusunda əkilən 80 dönümlük sahədəki biçini tamamlayaraq bu qiymətli ata toxumunun qorunması və yayılması üçün vacib bir addım atıb: “10 min illik tarixi olan Kavılca buğdası bölgənin ən önəmli kənd təsərrüfatı irslərindən biri sayılır. Xüsusilə aşağı qlüten miqdarı və yüksək qida dəyəri sayəsində sağlam qidalanmada böyük əhəmiyyətə malikdir. Ardahan Universiteti, aparılan elmi tədqiqatlarla bu ənənəvi məhsulu müasir kənd təsərrüfatı üsulları ilə birləşdirərək həm regional inkişafın təminatına töhfə verir, həm də davamlı kənd təsərrüfatı üçün nümunə yaradır”.

Yüksək Təhsil Şurası (YÖK) prezidenti Prof. Dr. Erol Özvar, Ardahan Universitetinin bu fəaliyyətlərini təqdirlə qarşılayıb. O, qeyd edib ki, bu işlər həm ölkənin kənd təsərrüfatı irsinin qorunmasına xidmət edir, həm də davamlı kənd təsərrüfatına işıq tutur.

Ardahan Universiteti Rektoru Prof. Dr. Öztürk Emiroğlu isə Kavılca buğdası layihələrinin inkişaf etdirilərək həm akademik işlərə, həm də fermerlərin istehsal potensialına töhfə verməyə davam edəcəyini bildirib.

Mission News Theme by Compete Themes.