Press "Enter" to skip to content

Bakı, Abşeron Sumqayıt və Naxçıvanda pensiyalar ödənilib

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə sentyabr ayının pensiyaları ödənilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Fonddan məlumat verilib.

Bildirilib ki, habelə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən muxtar respublika üzrə bu ayın pensiya ödənişi həyata keçirilib.

Respublikanın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin sentyabr ayı üzrə pensiyaları da bu ay qrafik üzrə ödəniləcək.

Mission News Theme by Compete Themes.