BAYRAQDAR MEDİA – Energetika naziri Pərviz Şahbazov Bakı, Sumqayıt, Gəncə şəhərləri, həmçinin Qusar, Astara rayonlarından olan vətəndaşları qəbul edib.
Bu barədə nazirlikdən məlumat verilib.
Bildirilib ki, “qəbulda elektrik şəbəkəsinə qoşulma, qaz təchizatı, qaz veriliş xəttinin mühafizə zonası, elektrik və qaz sayğaclarının quraşdırılması,işlə təminatvə digər istiqamətlərdə müraciətlər dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün aidiyyəti struktur bölmələrə müvafiq tapşırıqlar verilib. Qeyd edək ki, Energetika Nazirliyi tərəfindən vətəndaş müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə rəhbər vəzifəli şəxslərin vətəndaş qəbulu qrafiki nazirliyin rəsmi internet saytında yerləşdirilib”.





