BAYRAQDAR MEDİA – Ertuğrul Ocağı tərəfindən 744-cü dəfə keçiriləcək Söğüt Ertuğrul Gazini Anma və Yörük Şənlikləri çərçivəsində Domaniçdən Söğütə yürüş təşkil ediləcək.
Bu barədə Dərnəkdən məlumat verilib.
Məlumata görə, 10-11-12 sentyabr tarixlərində keçiriləcək yürüş 10 sentyabrda Domaniç Çərşənbə kəndindəki Hayme Ana Türbəsindən başlayacaq: “10 sentyabr gecəsi Karagöl Yaylasında, 11 sentyabr gecəsi Atatürk Köşkünde kamp qurulacaq. Yürüş isə 12 sentyabrda Söğüt Ertuğrul Gazi Türbəsində sona çatacaq”.
Dərnəkdən verilən açıqlamada bildirilir: “Bu mənalı fəaliyyətlə tarixi irsimizi yaşatmaq, təbiət və tarix bilincini artırmaq, eyni zamanda gənc nəsillərdə milli şüur və fiziki dözümlülüyü möhkəmlətmək məqsəd qoyulub.”
Öz növbəsində Bilecik Valiliynin sosial şəbəkə hesabından yayılan açıqlamaya görə Bilecikdə 12-13-14 sentyabr tarixlərində Ertuğrul Gazini anma və yörük şənlikləri keçiriləcək.





