Press "Enter" to skip to content

Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

BAYRAQDAR MEDİA – Yeni xidmətə başlayan gənc əsgərlərin adaptasiya dövründə sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə qabaqlayıcı tədbirlər keçirilir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “gənc əsgərlərin respirator xəstəliklərə, o cümlədən qrip infeksiyasına yoluxmasının qarşısını almaq üçün onlarla görüşə müvəqqəti məhdudiyyət qoyulub. Nazirlik ictimaiyyətdən hərbi qulluqçuların sağlamlığına həssaslıqla yanaşmağı, qeyd olunan məhdudiyyəti anlayışla qarşılamağı və hərbi hissələrə gəlməməyi xahiş edib”.

Mission News Theme by Compete Themes.