Press "Enter" to skip to content

Nazir gənclərin sırasından seçim edib

Nazir gənclərin sırasından seçim edib

BAYRAQDAR MEDİA – Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov sentyabrın 10-da respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Daxili İşlər Nazirliyi (DİN) mətuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “Bakı şəhərində keçirilən sıra baxışında DİN-ə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 180 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 19 nəfəri Vətən müharibəsi iştirakçısıdır. Gənclər qarşısında çıxış edən V.Eyvazov seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib”.

Mission News Theme by Compete Themes.