BAYRAQDAR MEDİA – Burdurun Gölhisar rayonundakı Kibyra Antik Şəhərində Hellenistik dövrə aid anıt məzar ziyarətə hazır vəziyyətə gətirilib.
Bu barədə Mehmet Akif Ersoy Universitetinin məlumatında qeyd edilib.
Məlumata görə, Kibyra arxeoloji qrupunun rəhbəri, Mehmet Akif Ersoy Universiteti Arxeologiya Bölümü üzvü Prof. Dr. Şükrü Özüdoğru bildirib ki, məzarda qoruma, təmir və bərpa işləri tamamlanıb. Məzar tam orijinal materiallarla yenidən qurulub və ziyarət üçün hazır vəziyyətə gətirilib.
Bildirilib ki, “təxminən 2300 illik tarixi olan Kibyra Antik Şəhərində 18 il əvvəl başlayan qazıntılar nəticəsində mühüm tapıntılar əldə edilib, bunlar arasında 2009-2012-ci illərdə tapılan Medusa mozaikası və 2019-2023-cü illərdə bərpası tamamlanan anıt çeşmə xüsusi diqqət çəkir”.





