Press "Enter" to skip to content

Qanunsuz nərə balığı və kürüsü satan şəxslərlə bağlı reydlər

Qanunsuz nərə balığı və kürüsü satan şəxslərlə bağlı reydlər

BAYRAQDAR MEDİA – Sosial şəbəkələr vasitəsilə dənizdən ovlanmış balıq adı altında müxtəlif dəniz məhsullarının, o cümlədən nərə kürüsünün qanunsuz satışını həyata keçirən şəxslərlə bağlı araşdırmalar davam edir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Kənd Təsərrüfatı Nazirliyinin (KTN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “KTN-in Balıqçılıq və Akvakultura Mərkəzinin nümayəndələrinin Su Nəqliyyatında Polis İdarəsinin İstintaq və Təhqiqat bölməsinin əməkdaşları ilə birgə keçirdiyi reyd nəticəsində bu cür qanunsuz fəaliyyətlə məşğul olan şəxslər müəyyən edilib. Reyd zamanı onlardan bir ədəd 8 kiloqramlıq nərə balığı, hər birinin çəkisi 1 min 355 qram olan 3 ədəd və hər birinin çəkisi 113 qram olan 7 ədəd xüsusi qablaşdırılmış bankalarda nərə kürüsü aşkarlanıb. İlkin ekspertizanın rəyinə görə, satılan balıq məhsullarının təsərrüfat şəraitində yetişdirildiyi ehtimal olunur. Faktla bağlı istintaq davam edir”.

Nazirlik ictimaiyyətə bir daha xatırladıb ki, qanunsuz balıq ovu və qadağan olunmuş balıqların ovlanması, emalı və satışı qadağandır və bu kimi hallara yol verən şəxslər barəsində qanuni tədbirlər görüləcək.

Mission News Theme by Compete Themes.