BAYRAQDAR MEDİA – Daxili İşlər Nazirliyinin (DİN ) əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya DİN-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “sentyabrın 9-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 3 tapança, 6 tüfəng və 4 ədəd patron aşkar edərək götürüblər”.





